Vaxt.Az

İrandan Almaniyaya etiraz


 

Səfir XİN-ə çağırıldı

İrandan Almaniyaya etiraz Almaniyanın Tehrandakı səfiri Hans Udo Motsel İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfir Almaniya hökumətinin İrandakı etirazlarla bağlı bəyanatlar yaymasından sonra İran XİN-ə çağırılıb. Ona İran hökumətinin rəsmi etiraz notası təqdim olunub.

Bununla yanaşı, Almaniya səfirinə İnsan Haqları Şurasının növbədənkənar iclasının son qətnaməsinin qəbulunda Almaniya hökumətinin rolu tənqid edilib.

Səfirə bildirilib ki, İran bu qətnamə əsasında hazırlanan hər hansı bir mexanizmlə əməkdaşlıq etməyəcək.

 





28.11.2022    çap et  çap et