Noyabrın 27-i gecə saatlarında İranda etiraz aksiyaları bütün gücü ilə davam edib. Tehran şəhəri başda olmaqla onlarla şəhərdə etirazçılar hökumət və İran rəhbəri Əli Xameneyi əleyhinə kəskin şüarlar səsləndiriblər.
Bildirilir ki, Gilan əyalətinin Rudsər şəhərinin Rəhimabad bölgəsində repressiv qüvvələrin dinc etirazçılara qarşı zorakılığından hiddətlənən aksiyaçı iştirakçıları Əli Xameneyinin şəhərdəki nümayəndəsinin ofisini Molotov kokteyli ilə yandırıblar.
***
İranlı etirazçılar “Bəsic” qüvvələrinin daha bir qərargahına od vurdu. Yarımhərbi qaniçən və radikal təşkilatın ölkə üzrə demək olar ki, bütün bazaları və qərargahları xalq tərəfindən yandırılıb və son olaylarda onlarla Bəsic komandiri xalqın qəzəbinə tuş gələrək məhv edilib.
çap et