Vaxt.Az

Diplomat yalan danışırsa ...


 

Bu millətdə normal insan olmayacaq?

Diplomat yalan danışırsa ... Bugünlərdə Azərbaycan tərəfi belə bir xəbər yaydı: ”Noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd ”PMN-E” fuqas tipli piyada əleyhinə mina zərərsizləşdirilib”.

Bu bəyanata münasibət bildirən Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyir ki, Azərbaycan tərəfi sentyabrda hərbi münaqişə törədib. Ermənistan ərazisinə daxil olub. Azərbaycan tərəfi Ermənistan ərazisindən çıxardığı minaları aparıb Qarabağda basdırıb. İndi də dünyanı inandırmağa çalışırlar ki, bu minaları, yəni 2021-ci ildə Ermənistanda istehsal olunan minaları ermənilər Dağlıq Qarabağda basdırıb. Azərbaycan Laçın dəhlizini bağlamaq üçün mina söhbətindən bəhanə kimi istifadə edir...

Erməni həyasızlığı sərhəd tanımır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Gəlin görək faktlar nə deyir.

2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların Azərbaycan ərazisində aşkar olunması ilə bağlı məlumatlar sentyabrdan əvvələ təsadüf edir. Məsələn,  avqustun 31-də, yəni sentyabr olaylarından xeyli qabaq dövlətin əsas media orqanlarından olan “Azərbaycan” qəzetində “Ermənistanın mina terroru davam edir” adlı kiçik xəbər gedib. Xəbərdə deyilir: “Laçında kütləvi şəkildə beynəlxalq humanitar hüquqazidd PMN-Э növlü minalar aşkarlanır.

Bu barədə Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə yaydıqları məlumatda bildirilib.

Qeyd edilib ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən cari ilin avqustun 15-dən 31-dək 1318 ədəd PMN-Э növlü minalar aşkarlanıb.

Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.

Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

Həmçinin Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.

Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası bu ölkə tərəfindən həyata keçirilən mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir”.

Gördüyünüz kimi, 2021-ci ildə Ermənistanda istehsal olunan minalar ən azı avqustun 15-də Laçın ərazisində aşkarlanıb. Bu isə o deməkdir ki, Edmon Marukyan həyasız şəkildə yalan danışır...

 





28.11.2022    çap et  çap et