Vaxt.Az
“İşıqsız, istiliksiz ...”
“Rusiya Ukraynanı qara dəliyə çevirmək istəyir”
“Rusiya Ukraynanı qaranlığa və soyuğa itələyərək onu “qara dəliyə” çevirməyə çalışır”, – bu fikir Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrellə aiddir. Borrell Aİ ölkələrinin inkişaf nazirlərinin toplantısına qatılmadan əvvəl jurnalistlərə açıqlamasında belə deyib.
İclasda Ukraynanın
yenidən qurulmasının müzakirə ediləcəyini bildirən Borrell, “Ukraynaya dəstəyimizi
artırmalıyıq. Putin Ukraynanı bombalamağa davam edir. Putin Ukraynanı işıqsız, istiliksiz
qara dəliyə çevirməyə, ukraynalıları qaranlığa və soyuğa salmağa çalışır”. ifadəsini
işlətdi.
Aİ nümayəndəsi qeyd
edib ki, görüşdə Ukraynadakı vəziyyət humanitar böhran baxımından müzakirə
olunacaq.
28.11.2022 çap et