İsfahan valisinin müavini iddiasına görə, silahlı hücuma məruz qalan SEPAH zabiti xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
***
İsfahanla bağlı digər bir xəbərə görə, poladəritmə zavodunun işçilərinin tətili İranda xalqın ümummilli tətilləri və ümumxalq üsyanı ilə müşayiət edir.
Zavodun işçiləri ölkədə davam edən ümumxalq tətilləri və etirazlarına dəstək məqsədilə işi dayandıraraq tətil keçirir.
Tətil keçirən 4 min işçi əməkhaqlarının verilməməsinə və hökumətin repressiyalarına görə hökumət əleyhinə çıxış edir.