Üzrxahlıq istəyənlərin nisbəti keçən il 31 faizdən bu il 38 faizə yüksəlsə də, hollandların təxminən yarısının hökumətin üzr istəməsini dəstəkləməməsi diqqət çəkir.
Araşdırmaya görə, üzrxahlığı dəstəkləyənlərin əksəriyyəti mühacir mənşəlidir, Surinamlıların üçdə ikisi üzr istəməyi dəstəkləyir.
Surinam Milli Bərpa Komissiyasının (NRCS) sədri Armand Zunder hökumətin üzr istəmə cəhdini şərh edərək, “Bu, uğursuzluq riski olan birtərəfli Hollandiya siyasətidir” dedi.
Zunder, riskin “üzrü qəbul etməmək” olduğunu ifadə etdi. Üzrxahlığın miqyasının və niyə edildiyinin daha aydınlaşmasına ehtiyac olduğunu vurğulayan Zunder, “Hollandiyanın bu tələsik münasibətini anlamırıq və bəyənmirik” deyib.
***
Hollandiya hökuməti dekabrın 19-da dünyanın 8 yerində ölkənin köləlik tarixinə görə rəsmi üzr istəyəcək.
NOS ictimai kanalında yer alan xəbərə görə, hökumət 7 nazirin dekabrın 19-da Surinam və Karib dənizindəki Hollandiyanın üç adası və keçmiş müstəmləkə bölgəsindəki adalar üçün keçiriləcək rəsmi üzrxahlıq mərasimlərinə qatılacağını açıqlayıb.
Bildirilib ki, nazirlərin getdiyi bölgələrdə baş nazir Mark Ruttenin Haaqadakı üzrxahlıq çıxışları ölkənin köləlik tarixinə görə kədər və təəssüf hissini ifadə edəcək.
Xəbərdə dövlət səviyyəsində rəsmi üzr istəmənin köləlik qurbanlarına və onların yaxınlarına birbaşa təzminat hüququ verməyəcəyinə diqqət çəkilərkən, dövlətin maarifləndirmə üçün 200 milyon avro maliyyə ayıracağı vurğulanıb.
Xəbərdə köləlik muzeyinin yaradılması üçün 27 milyon avro büdcə ayrılacağı da bildirilib.
Son illərdə Amsterdam, Rotterdam, Utrext və Haaqa kimi böyük şəhərlər, həmçinin Hollandiya Mərkəzi Bankı və ABN Amro kimi qurumlar da köləlik tarixindəki rollarına görə üzr istədiklərini açıqlayıblar.
Hollandiyada 2023-cü ilin köləliyin ləğvinin 150-ci ildönümünü qeyd etdiyi üçün “quldarlığı anma ili” elan ediləcəyi gözlənilir.