Vaxt.Az

... Mourinyonu evində yenən TÜRK


 

“Spartak”a gəlmiş-getmiş ən mədəni baş məşqçi, ...

... Mourinyonu evində yenən TÜRK Braziliya-İsveçrə oyununun nəticəsindən asılı olmayaraq Murat Yakın həm yaxşı mütəxəssisdir, həm də müasir avropalı Türk kimi çox müsbət imicə malikdir. Əlbəttə, onu hamı isveçrəli kimi qəbul edir. Elə özü də. Düzünə qalsa, belədir. Ancaq daxilən Türkdür, indi deyəcəyəm niyə.

Məşqçi kimi Yakın “Bazel”ə rəhbərlik edərkən tanındı. Mourinyolu “Çelsi”ni həm evdə, həm də Londonda udandan sonra xarici klubların diqqətini cəlb etməyə başladı. Yadımdadır, 2015-ci ildə o, gözlənilmədən Moskva “Spartak”ına gəldi. Gəlişi belə baş tutmuşdu: moskvalıların sahibi, “Lukoil”un vitse-prezidenti Leonid Fedun Abramoviçə zəng açır və xahiş edir ki, Mourinyodan məsləhət alsın ki, “Spartak”a baş məşqçi kimi gətirək. Mourinyo da deyir ki, Murat Yakını. Sonralar bunu Yakına deyəndə, o, bildirir ki, Jozeni iki dəfə məğlub etmişdim, yəqin yadında qalmışam.

Beləcə Murat Moskvaya gəlir və ilk 6 turun nəticəsinə əsasən komandası ilk sırada qərarlaşır. Sonra məğlubiyyətlər gəlir, Fedun “Spartak”ına xas intriqalar və Yakının “başını” yeyirlər. 

Moskvada işlədiyi dövrdə iki hərəkəti ilə Türk olduğunu bildirir. Birincisi, yanında gətirdiyi fiziki hazırlıq üzrə köməkçisi türk idi, özü də keçmiş XTQ. İkincisi isə komandaya hazırda Rusiya millisinin başında duran Karpin tərəfindən gətirilən iki ermənini qəti şəkildə oynatmır. Biri Amerika ermənisi Movsesyan idi, Bakıda doğulmuşdu, 1 yaşında köçmüşdülər ABŞ-a. İkincisi isə Türkiyə əsilli Hollandiyalı erməni Aras Özbilis idi. Aras xatırlayırsınızsa, Hollandiya, Türkiyə və Ermənistan milliləri arasında seçim edərkən sonuncunu seçmişdi. Yeri gəlmişkən, “Spartak”dan sonra Şenol Güneş onu “Beşiktaş” apardı, elə orada da itdi-batdı. Bax həmin, Özbilis Murat Yakına qarşı qiyam qaldıranlardan biri olmuşdu. O hətta, aprelin 24-ə təsadüf edən oyunda heyətə salınmamasını özünün erməni, Muratın türk olması ilə izah etmişdi, ancaq KİV-in tənqidinə tuş gəlmişdi. Hətta məşhur erməni komentator Nobel Arustamyan belə demişdi ki, Aras başından yekə qələt edir. 24-ü “genosid” günüdür.

Yakının ermənilər tərəfindən qurban edildiyi də istisna deyil. Rəhbərlikdə ermənilər var idi və onlar Yakının namizədliyinə soyuq yanaşırdılar. 

Murat “Spartak”ın başına keçmiş ən dəbli məşqçi kimi tanınır. O dəbli geyinməklə yanaşı oyunçuların da geyim tərzini tez-tez tənqid edirdi. Sabiq qapıçı Artyom Rebrov Yakını komandaya gəlmiş getmiş ən mədəni baş məşqçi saydıqlarını deyir.

P.S.: Uduzmaqlarına baxmayaraq, Murat Yakın oyunçularından razı qalıb.

 





29.11.2022    çap et  çap et