ABŞ-ın Texas ştatının sərhədində yerləşən şəhərdə cinayətkarlar bir çox avtomobili yandıraraq, yollardakı hərəkəti bağlayıb. Şəhərin bir çox yerində baş verən qarşıdurmalar insanlarda panika yaradıb. Yerli hökumət təhlükəsizlik səbəbilə məktəblərin bağlandığını və ictimai nəqliyyat xidmətinin dayandırıldığını açıqlayıb. ABŞ-ın şəhərdəki konsulluğu isə təhlükəsizlik problemi səbəbilə bütün xidmətlərin dayandırıldığını, görüşlərin ləğv edildiyini açıqlayıb və işçilərini təhlükəsiz yerə sığınmağa çağırıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador verdiyi açıqlamada hücumların şəhərdə fəaliyyət göstərən bir kartel liderinin həbsi səbəbindən baş verdiyini və ələ keçirilən liderin şəhərdə baş verən bir çox zorakılıq hadisələrinə görə məsuliyyət daşıdığını bildirib.
Rəsmilər 2 saatdan çox davam edən qarşıdurmalardan sonra Meksika ordusunun dəstəyi ilə Nuevo Laredo şəhərində təhlükəsizliyin bərpa olunduğunu bildirib. Qarşıdurmalarda ölən və ya yaralılarla bağlı rəsmi açıqlama verilməsə də, “Komandante Neqrolo” kimi tanınan narko-baronun paytaxt Mexikoya aparıldığı bildirilib.