Vaxt.Az

Yunanıstanda skandal səngimir


 

Parlament iş adamlarını dinləmələrə çağırdı

Yunanıstanda skandal səngimir Yunanıstan parlamentinin Qurumlar və şəffaflıq komitəsi telefon dinləmələri qalmaqalına görə istefa verən baş nazirin baş katibi Qriqoris Dimitriadisi dinləmək üçün toplandı.

“Kathimerini” qəzetinin xəbərinə görə, Dimitriadis parlamentdəki müxalifət partiyalarının birgə tələbi ilə toplanan komitənin suallarını cavablandırıb.

Komitənin adlarının qalmaqala qarışdığını əsas gətirərək dinləməyə dəvət etdiyi iş adamları Feliks Bicyos, Yannis Lavranos və Tal Dilian müxtəlif səbəblərdən dəvətə müsbət cavab verməyib.

Müxalifət isə sözügedən iş adamlarının ifadələrini almaq üçün yenidən çağırılmasını tələb edib.

Dimitriadis iddiada adı çəkilən iş adamları ilə heç bir işgüzar görüşünün olmadığını və Yeni Demokratiya hakimiyyəti dövründə heç bir dövlət qurumunun casus proqram proqramları satın almadığını bildirdi.

Ana müxalifət partiyası olan Radikal Sol Alyansın (SYRIZA) lideri Aleksis Tsipras baş nazir Kiryakos Mitsotakisin parlamentə gələrək iddialara cavab verməsini istəyib.

Qeyd edək ki, yunan jurnalist Thanasis Kukakisin aprel ayında cib telefonunda casus proqram təsbit edilməsinin ardından gündəmə gələn skandal isəngimir. Mətbuatda əks olunan iddialarda, siyasi, media və iş dünyasından bir çox şəxsin telefonlarının “Predator” adlı casus proqram ilə dinlənildiyi iddia edilir.

Bəzi qəzetlər qalmaqala görə baş nazir Kiryakos Mitsotakisi günahlandırsa da, hökumət telefon dinləmələri ilə hökumətin heç bir əlaqəsi olmadığını iddia edir.

 





29.11.2022    çap et  çap et