Vaxt.Az

Yunanlar qaz tapıb


 

Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir

Yunanlar qaz tapıb “Kathimerini” qəzeti “Şahmat üçün karbohidrogen: “İnvestorlar qaza addımlayır”” başlıqlı xəbərində, “Şirkətlər niyə sürətli addım atmağa çalışırlar?” sualını qoyub. Qəzetin yazdığına görə, Afina administrasiyası Şərqi Aralıq dənizində son karbohidrogen fürsətini əldən verməmək üçün tələsərkən bölgədəki incə tarazlıqlara diqqət yetirməlidir.

Yunanıstanın Krit adasının cənub və cənub-şərqini hədəf aldığını bildirən nəşr, 7 noyabrda elan edilən NAVTEX-in Liviyaya doğru uzandığını bildirdi. Region “ExxonMobil”a artıq çoxdan maraqlıdır. Sözügedən məqam İsrail və Cənubi Kiprin böyük yataqlar kəşf etdiyi Herodot hövzəsinin davamıdır. Geoloji sübutlar Misirin 2015-ci ildə aşkar etdiyi nəhəng Zohr yatağına bənzər “qaz mənbələri”ni göstərir.

ABŞ-ın müdaxiləsi ilə Afina rəhbərliyinin əlinin daha da gücləndiyini müdafiə edən “Kathimerini”, üç ölçülü araşdırmanın hazır olduğunu və qazma qərarının tezliklə verilməsinin gözlənildiyini bildirib.

Xəbərə görə, “ExxonMobil”in rəhbərlik etdiyi qrup tərəfindən aparılan tədqiqat sahəsi 40 min kvadrat kilometrdir. Demək olar ki, Peloponnes qədər böyük olan ərazidə 280 milyard kubmetr təbii qaz olduğu təxmin edilir və bu rəqəm Yunanıstanın 50 illik ehtiyacını ödəyə bilər.

Yunanıstanın ən böyük adası Krit dərin sularla əhatə olunub. Tədqiqat sahəsində dərinlik təxminən 2500 metr, bəzi yerlərdə isə 3500 metrə çata bilər. Buna görə də ərazini tam dərinləşdirmək üçün çoxlu quyulara ehtiyac var. Hər bir geoloji qazmanın dəyəri 80-120 milyon dollar investisiya tələb edir. Bəzi ekoloji amillərlə bu rəqəm hətta 150 milyon dollara qədər yüksələ bilər.

Yunanıstanın neft şirkəti EDEYEP-in məlumatına görə, mümkün hədəflər Krit ətrafında dənizin altında, 1500 metr dərinlikdəki qayalıqlarda yerləşir.

Rusiyanın Ukraynaya müdaxiləsi ilə dünya nadir enerji böhranına sürükləndi və Qərb dövlətləri Moskvadan qaz və neft almağı dayandırdılar. “Kathimerini” hazırkı böhran dövründə yeni enerji mənbələrinə çatmağı zamana qarşı yarış kimi qiymətləndirib.

 





29.11.2022    çap et  çap et