Sözügedən icazənin Tripoli rəhbərliyinin yurisdiksiyasına aid olmadığını müdafiə edən media, Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Krit ətrafında tədqiqatlara başlamazdan əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdüyünü xatırladıb. Qəzet Vaşinqtonun görüş zamanı Afinaya öz dəstəyini təklif etdiyini və “ExxonMobil”in addımlarını sürətləndirdiyini əsas gətirdi.
Medianın yazdığına görə, yeni NAVTEX bəyannaməsi Türkiyənin Liviya razılaşması ilə gücləndirilmiş yeni dəniz sərhədlərinin qəbul edilməyəcəyi anlamına gəlir. Ankara Şərqi Aralıq dənizində dəniz sərhədlərinin materikdən başlayaraq müəyyənləşdirilməsini istədiyi halda, Yunanıstan sərhədlərin Egey dənizindəki adalardan başlamasını tələb edir. Türkiyə Liviya ilə müqavilə bağlayaraq Yunanıstanın tezisini darmadağın edib.
Ankaranın Krit ətrafında elan edilən yeni NAVTEX-ə reaksiya verməsinin gözlənildiyini qeyd edən media Türkiyənin də bölgədə araşdırmalara başlaya biləcəyini yazılan xəbərlərdə xəritə dərc edilib.
Məsələn “To Vima” qəzetinin “Hökumət niyə onu 12 dəniz milinə qədər uzatmaqdan çəkinir?” başlıqlı yazısında Krit probleminin bu dəfə həm Baş Nazirlik, həm də Xarici İşlər Nazirliyi üçün o qədər də sadə görünmədiyi şərh edilib. Sözügedən mövzunun Türkiyə-Liviya razılaşmasından sonra gündəmə gəldiyini xatırladan qəzet qeyd edib ki, Xarici İşlər Nazirliyi Krit ətrafındakı ərazi sularının 12 milə çıxarılması üçün hazırlıq görür, lakin yekun qərar verilməyib.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis isə son açıqlamasında Türkiyənin heç bir hərəkətini qəbul etməyəcəklərini bildirib. Yunanıstan CNN telekanalı “Mitsotakis: Yunanıstan Türkiyənin etdiyi heç bir şeyi qəbul etməyəcək” başlıqlı xəbərində baş nazirin Ankara ilə münasibətləri son illərdə daha mürəkkəb saydığını yazıb.
Mitsotakis çətinliyin təkcə Yunanıstan üçün deyil, həm də Avropa İttifaqı ilə münasibətlərdə də keçərli olduğunu bildirib.