“Əl-Qaidə”yə bağlı Əl-Şəbab terror təşkilatının Somalinin paytaxtı Moqadişoda hökumət rəsmilərinin qaldığı lüks “Villa Rose” otelinə hücum edib. Basqın nəticəsində 4 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.
Yaralananlar arasında təhlükəsizlik naziri Məhəmməd Əhmədin olduğu, onun yanındakı ətraf mühit naziri Adam Av Hirsinin isə salamat olduğu deyilir. Hücum zamanı oteldə olan bir çox nazirin xilas edildiyi açıqlanıb. Villa Rose Somalidə siyasətçilərin, nazirlərin və yüksək rütbəli məmurların getdiyi yer kimi tanınır. Hücum edənlərin prezident sarayı yaxınlığında sözügedən oteli ələ keçirməyə çalışdıqları, hökumət qüvvələrinin 18 saatlıq mühasirədən sonra oteli nəzarətə götürdüyü xəbər verilir.
çap et