Vaxt.Az

“İcimaiyyət hər şeyi bilməlidir”


 

İloan Mask “Twitter”lə bağlı sənədlər paylaşacağına söz verib

“İcimaiyyət hər şeyi bilməlidir” “Twitter” sosial media platformasının yeni sahibi İlon Mask, sosial şəbəkənin “ifadə azadlığının məhdudlaşdırılması” ilə bağlı şirkət fayllarını tezliklə ictimaiyyətlə paylaşacaqlarını açıqlayıb.

Mask bildirib ki, ““Twitter”in ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı faylları şəbəkənin özündə dərc olunacaq. İctimaiyyətin əslində nə baş verdiyini bilmək haqqı var”.

Maskın şirkətə sahiblənəndən sonra keçmiş prezident Donald Trampın, konqresmen Marcori Taylor Grinin və reper Kanye Vest də daxil olmaqla, bir çox tanınmışın əvvəllər bağlanmış “Twitter” hesablarını açıb.

Mask noyabrın 23-də “Twitter qanunu pozmamaq və ya çoxlu spam göndərməmək şərti ilə dayandırılmış hesablara ümumi amnistiya təklif etməlidirmi?” sorğusunu keçirmişdi.

Sorğuda iştirak edən 3,1 milyon insanın 72,4 faizi “Bəli”, 27,6 faizi “Xeyr” cavabını vermişdi.

 





29.11.2022    çap et  çap et