Bu yaxınlarda 17 deputatdan ibarət qrup Avropa Komissiyasının sədri Ursula von der Leyeni Əlcəzair ilə Assosiasiya Sazişinə yenidən baxmağa çağırıb. Sosialistlərdən tutmuş ifrat sağçılara qədər deputatlar bu Şimali Afrika dövlətinin Rusiya ilə strateji əlaqələrindən, Rusiyadan silah almasından dərin “narahatlıq keçiriblər”. Əlcəzairdən qaz alan ölkə isə Fransadır. Onu da xatırladım ki, hardasa bir ay əvvəl ABŞ-ın 27 senatoru da Bayden administrasiyasına məktub göndərərək, Əlcəzairin Rusiyadan silah əldə etməsi ilə bağlı Amerikanın Düşmənləri ilə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) çərçivəsində bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirməsini xahiş ediblər.
Beləliklə, Avropa Birliyini Azərbaycana görə bir-birinə qatan, həyasızlıq eləyən Fransa, Avropa Birliyindən Əlcəzair qapazı alıb. Düzdür, Azərbaycanın özü də Əlcəzairlə xoş münasibətlər qurur, bu ölkə ilə yaxınlaşmağa çalışır və arada düşmənlik filan yoxdur. Sadəcə olaraq, Fransanın indi çətin vəziyyətə düşməsi sevindiricidir. Ona konkret deyilir ki, Azərbaycanla əlaqələrimizi sırf ermənipərəst mövqeyindən hərəkət edərək qaşısan, biz də Əlcəzair kartı ilə oynayacağıq. Qısa və konkret.