Vaxt.Az

Müharibə getdikcə qızışır


 

Soyuqların döyüşləri səngidəcəyi fikirləri özünü doğrultmadı

Müharibə getdikcə qızışır Ukrayna ilə bağlı gələn ziddiyyətli məlumatlar arasında Bahmut cəbhəsində Nikolayevka–2 istiqamətində hücum edən Vaqnerçilərin Zelenopolye yaşayış məntəqəsini ələ keçirməyə nail olduqları vurğulanır.

Aktiv döyüşlər Bahmut-Mayorsk şosse yolunun qərbində davam edir.

Ukrayna Baş Qərargahı bununla bağlı heç bir rəsmi açıqlama verməsə də, yerlərdəki USQ hərbiçilərinin əməliyyat şəraitinə tam nəzarət etdiklərini, təcrübələrində rus ordusunun uzun zaman ərzindəki irəliləyişlərinin bir neçə saat ərzində itirdiklərinə də diqqət çəkirlər.

Rus hərbi kəşfiyyatının məlumatına görə əks tərəf ehtiyat hissələrinin Xarkov, Donetsk və Zaporojye istiqamətinə cəmləşdirməsini davam edir.

Ehtiyatların cəmləşdirilməsi Donesk istiqamətində müdafiə tədbirli olsa da , Xarkov və Zaporojye istiqamətlərində məhz hücum məqsədli qruplaşmaların yaradılması həyata keçirilir.

Xarkov istiqamətinə “Azov” alayının bölmələrinin və “Karken” taborunun gətirilməsi də gələn xəbərlər sırasındadır.

Ehtimal olunan məqsəd və hədəflər aşağıdakı kimidir:

1. Xarkov istiqamətindən hücumla Svatova-Kremennaya müdafiə xəttini yararaq Luqansk vilayətinin dərinliklərinə irəliləyib, Lisiçansk və Starobelskda yerləşən rus hərbi qruplaşmasının cinahına çıxmaq, Belqorod və Voronejdən gələn loqistika yollarını kəsmək;

2. Melitopol və Berdiyansk istiqamətlərinə hücum edərək Xerson-Donesk qruplaşmaları arasında əlaqəni kəsərək, Dnepr çayının sol sahilini ələ keçirmək və Donetsk cinahlarına çıxmaq.

Əsasən 2-ci variantın aldadıcı ola biləcəyini, əsas zərbənin məhz Luqanskın şimalından vurulacağı tez-tez səsləndirilən fikirlər arasındadır.

Bununla yanaşı, Rus hərbi komandanlığı hər iki istiqamətdə önləyici tədbirlərin alacağında qərarlı olduqlarını açıqlayırlar.

 





29.11.2022    çap et  çap et