Vaxt.Az

Vaqnerin bazası bombalanıb


 

Naməlum təyyarə MAR-ın hərbi obyektlərinə və pambıq mərkəzilərinə zərbələr endirib

Vaqnerin bazası bombalanıb Naməlum təyyarə Mərkəzi Afrika Respublikasının (MAR) Bossanqoa şəhərində hərbi obyektləri bombalayıb.

Hökumət sözçüsü və rabitə naziri Serj Ghislain Djorie verdiyi açıqlamada naməlum təyyarənin şimal sərhədindən ölkə ərazisinə icazəsiz daxil olduğunu bildirib.

Təyyarənin Bossanqoa şəhərindəki hərbi məntəqələri və pambıq istehsal mərkəzlərini bombaladığını bildirən Djorie, “Sülh düşmənlərinin bu alçaq hərəkəti cəzasız qalmayacaq” deyib.

Bildirilir ki, naməlum təyyarə ölkədəki Rusiya muzdlu qüvvələrinin Vaqner qrupuna aid bazanı bombaladıqdan sonra şimal sərhədindən ölkəni tərk edib.

OAC və Rusiya hakimiyyəti 2018-ci ilin avqustunda ölkədə zorakılıqla birlikdə mübarizə aparmaq üçün hərbi saziş imzalayıb.

 





29.11.2022    çap et  çap et