İsraildə çıxan “Jerusalem Post” qəzeti İranın nüvə obyektlərinə hücum ssenarilərini imitasiya edərək, noyabrın 29-da ABŞ və İsrailin birgə hərbi təlimlər keçirdiyini açıqlayıb.
Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələrinin son illərdəki ən böyük təlimlərindən biri olan bu təlim, İsrail pilotlarının İrana çatması üçün lazım ola biləcək uzaq məsafəli uçuşları ehtiva edir.
“Jerusalem Post” yazıb ki, bu, son illərdə İsrail və ABŞ-ın keçirdiyi ən böyük birgə hava təlimlərindən biridir və 3 dekabradək Aralıq dənizi və İsrail üzərində keçirilməsi planlaşdırılıb.