Vaxt.Az

Binotto komandadan getdi


 

“Ferrari” heç kimi öz yerində işlətmir

Binotto komandadan getdi “Ferrari” Mattia Binotto ilə yollarını ayırdı. Doğru qərar idi? Həm hə, həm yox.

Mattia güclü mühəndis idi, amma idarəçi deyildi. Günah onda yox, onu komanda rəhbərliyinə ümidləndirən Con Elkan (“Ferrari”nin prezidenti) kimi adamlarda idi. Motorçu kimi bəlkə də hazırda ən güclü mühəndisi əvvəl texniki direktor gətirdilər, sonra da komanda rəhbəri etdilər. Böyük səhv idi. Adrian Nyuinin adı gör bir dəfə komanda rəhbəri işi üçün çəkilir? O vaxt Stefano Domenikali kimi bir marketoloqu gətirib komanda rəhbəri etdilər və o bacarmadı. Domenikali 2006-da “Philip Morris” ilə 150 milyon dollarlıq müqavilə bağlamışdı. Özü də maşının üstündə “Marlboro” yazıları olmayacaqdı. Sadəcə barkodlar olacaqdı. Yəni belə güclü marketoloq idi.

2014-cü ildə Marko Matiaccini belə itirdilər. O da “Ferrari”nin Şimali və Cənubi Amerikada satış direktoru idi. O zonalarda da “Ferrari” çox satılırdı.

İndi də “Arrivabene” kimi güclü motorçunu itirdilər. Sabah bu adam “Mercedes”ə gedib 2026-cı il üçün mükəmməl motor düzəldəcək. Onda nə olacaq? Yadıma lap Aldo Kosta düşdü. Onu da o vaxt göndərdilər, amma adam gedib “Mercedes”də xariqələr yaratdı.

“Ferrari” heç kimi öz yerində işlətmir. Problem budur.

Problem adamlarda deyil, “Ferrari”dədir. Allison gəldi və qaçdı oradan. Alonso o vaxtlar Pat Fray üçün yalvarırdı komandaya, Vettel Prodromou üçün yalvardı. Amma gətirmədilər. “Ferrari”də rəhbərlik təmiz dəyişilməlidir.

 





29.11.2022    çap et  çap et