Burada Rusiyanın marağı Ermənistanın KTMT-yə görə cəzalandırılması, ABŞ və İsrailin marağı isə Zəngəzura ekspansiya etmiş İranın Azərbaycanın əliylə ilk zərbəyə məruz qalması olacaq. Azərbaycan ABŞ-ı xristian fundamentalizminə görə Ermənistana havadarlıq etmək istəyindən çəkindirə/inandıra bilsə və Zəngəzur dəhlizini güc tətbiq etməklə azad etməsinə ABŞ-nin dözümlü yanaşmasını təmin edə bilsə, o zaman Azərbaycan Qarakilsədən Mehriyədək güc tətbiq etməklə Zəngəzur dəhlizini bufer zona yaratmaqla açma əməliyyatına başlaya bilər.
Azərbaycan hadisələrin yuxarıda təsvir edilən ssenari üzrə inkişafına nail ola bilsə, Rusiyadan Zəngəzur dəhlizinin 10 noyabr Bəyanatında qeyd edilən rejimdə yox, yeni rejimdə - dəhlizin təhlükəsizliyini Azərbaycanın Türkiyəylə birgə təmin edəcəyi, fəaliyyət göstərməsi şərtini irəli sürməlidir.
Zəngəzur dəhlizinin Azərbaycanın güc tətbiqiylə açılması ABŞ və İsraili qane etməlidir. İran Rusiyaya silah ötürməklə Rusiyadan Zəngəzuru öz nüfuz dairəsinə salmaq imtiyazı qoparıb. Faktiki olaraq İran Rusiyaya silah ötürməyin müqabilində Zəngəzura ekspansiya edib. İranın vurulması da məntiqi olaraq onun Zəngəzurdan vurulub çıxarılması olmalıdır.
1945-46-cı il hadisələri yaddan çıxmamalıdır. Güney azərbaycanlılar və Azərbaycan Respublikası heç kimin əlində alət olmamalıdır. İranın vurulması və orada Güney Azərbaycan Respublikasının yaradılması kənar güclərin ssenarisi üzrə yox, güney azərbaycanlıların marağına uyğun olaraq Azərbaycan və Türkiyənin qurduğu plan üzrə getməlidir.