Prezidentin sözçüsü tərəfindən verilən açıqlamada sərhəd bölgələrində yüzlərlə təhlükəsizlik qüvvəsinin yerləşdirildiyi bildirilib: “Prezidentin göstərişi ilə Hərtərəfli Təhlükəsizlik Planı çərçivəsində 600-dən çox İctimai asayişi təmin edən əsgərlər və polislər sərhəd məntəqələrini gücləndirmək üçün hərəkətə keçdilər".
Ölkənin qonşuları El Salvador, Qvatemala və Nikaraquadan Hondurasa giriş-çıxışlara ciddi nəzarət edilir. Honduras hakimiyyəti cinayət nisbətinin yüksək olduğu paytaxt Tequsiqalpa və San Pedro Sulada yüzdən çox məhəllədə fövqəladə vəziyyət elan edib.
Honduras regionda kriminal fəaliyyətlərin ən sıx olduğu ölkələr sırasındadır. İctimaiyyət hakimiyyətdən qətl, adam oğurluğu, soyğunçuluqla ilə bağlı həll yollarını tələb edir.