Vaxt.Az

“İran Avstraliyaya sızıb”


 

Britaniya əsilli akademik Tehran hökuməti tərəfindən təhdid edilir

“İran Avstraliyaya sızıb” Britaniya-Avstraliya əsilli akademik Kaylie Mur Gilbert deyib ki, İran Avstraliyaya sızıb və İranda insan haqlarının pozulmasına qarşı çıxış edən avstraliyalıların fəaliyyətlərini izləyir.

İki il undan öncə İranda 800 günlük həbsdən azad edilərək vətəninə qayıdan alim İranın təxribatçı səyləri barədə açıqlama verib.

Avstraliyanın “ABC Net” telekanalının məlumatına görə, o, İranda son zorakılıqların insan haqları ilə bağlı nəticələri ilə bağlı parlament iclasında danışıb. Xanım Gilbert bildirib ki, İran İslam Respublikası bu sahədə geniş iş aparır və Avstraliyada kəşfiyyat məlumatlarının toplanması və təsir şəbəkələrinə malikdir.

“Avstraliyada İslam Respublikası əleyhinə nümayişlərə qatılan avstraliyalı iranlılar Avstraliyadakı siyasi fəaliyyətlərinə görə İrandakı ailələrinin təhdid edildiyini bildiriblər. Onlar habelə İslam Respublikasının Avstraliyadakı agentləri tərəfindən də hədəfə alınıb”, – o, deyib.

Kayle Mur Gilbert İrandan Avstraliyaya qayıtdıqdan sonra belə Tehran hökuməti tərəfindən təhdid edildiyini qeyd edib.

Qeyd edək ki, “İslam mədəniyyəti” tədqiqatçısı olan Gilbert 2018-ci ilin sentyabr ayında İranda keçirilən elmi konfransa qatıldıqdan sonra ölkədən çıxarkən Tehran hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış, İsrailə casusluqda ittiham edilən alim 10 il həbs cəzasına məhkum edilmişdi.

O, nəhayət noyabr 2020-ci ildə Taylandda terror hadisəsində iştiraka görə tutulan və İrana bağlı olan şəxslərlə dəyişdirilərək ölkəsinə qaytarılıb.

 





29.11.2022    çap et  çap et