Mavi yanacaqla bağlı təklifi anladıq, Avropanın sanksiyaları qarşısında Rusiya yeni bazarlara çıxmağa çalışır və Mərkəzi Asiyanın tranzit imkanlarından istifadə etmək istəyir. Bəs üçlü ittifaq Putinin nəyinə lazımdır? Rusiya Qazaxıstanla birgə Avrasiya İqtisadi Birliyinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Göründüyü kimi, Putinə bu azdır, daha birinə ehtiyac duyur və Qazaxıstanın köməyi ilə Özbəkistanı da prosesə cəlb etmək istəyir. Putinin yeni təklifləri Türk Dövlətləri Təşkilatının planlarını əngəlləmək məqsədi də daşıyır.