Vaxt.Az

“Geri addım atmayacağıq”


 

NATO-dan Türkiyəyə dəstək mesajı

“Geri addım atmayacağıq” NATO Xarici İşlər Nazirləri Toplantısının ilk günündə yayımlanan bəyanatda terror təşkilatı PKK-nın hərəkətlərindən sonra Türkiyə ilə həmrəylik mesajı verilməklə yanaşı, Rusiya ilə mübarizə aparan Ukraynaya verilən dəstək də vurğulanıb.

NATO-nun 360 dərəcə yanaşma ilə bütün müttəfiqlərini bütün təhdidlərə qarşı qoruyacağı vurğulanan bəyanatda “Terrorun hər cür forma və təzahürlərini qınayır, son dəhşətli terror hücumlarından sonra insan itkisinə yas tutan Türkiyə ilə həmrəyik”, – qeyd edilib.

Bəyanatda NATO-nun təhdidlərin qarşısnın alınması və müdafiəsinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyi, alyansın kritik infrastrukturlarına qarşı hər hansı təhlükəyə birlikdə və qətiyyətlə cavab veriləcəyi bildirilib.

Rusiya ilə müharibədə Ukraynaya dəstək üçün geri addım atılmayacağı qeyd olunan bəyanatda müharibənin məsuliyyətinin Rusiyanın olduğu vurğulanıb.

“Rusiyanın Ukraynada dinc əhaliyə qarşı təqiblərini və insan haqlarının pozulmasını, o cümlədən sürgün, işgəncə, qadın və uşaqlara qarşı vəhşi rəftarını pisləyirik”, – deyə bəyanatda bildirilir. Bəyanatda həmçinin qeyd olunub ki, Ukraynanın dağılmış enerji infrastrukturunun təmiri və hava hücumlarından qorunması üçün yardım davam etdiriləcək.

Bəyanatda həmçinin Finlandiya və İsveçin üzvlüklərinin NATO-nu daha da gücləndirəcəyi bildirilib.

 





30.11.2022    çap et  çap et