Kampaniyanın ilk addımı olaraq evlərdə istilik izolyasiyasının artırılması, su və istilik qazanlarının dərəcələrinin aşağı salınması, qızdırıcının bağlanması kimi tövsiyələrin yer aldığı rəsmi internet saytı (helpforhouseholds.campaign.gov.uk) istifadəyə verilib.
Saytda istilik qazanının temperatur rejiminin azaldılması ilə ildə 100 funt-sterlinq, istifadə olunmayan plitələrin bağlanması ilə 70 funt-sterlinq, qapı və pəncərələrdə istilik izolyasiyası ilə isə ildə 70 funt-sterlinq qənaət edilə biləcəyi bildirilir.
Britaniya hökuməti hələlik kommunikasiya kampaniyasının ümumi dəyəri ilə bağlı açıqlama verməsə də, “The Times” qəzeti kampaniyanın xərcinin 25 milyon funt-sterlinq civarında olduğunu yazıb.
Britaniya hökumətinin Sosial Mənzil Layihələri və Planlaşdırılması üzrə Dövlət Katibi Maykl Qov daha əvvəl demişdi: “Bizim edəcəyimiz və etməli olduğumuz şey insanları enerjidən istifadəni minimuma endirmək üçün səlahiyyətli məsləhət mənbələrinə müraciət etməkdir”.