Vaxt.Az

Fransada COVİD-19 yoluxmalarında artım


 

Ölkə bronxiolit epidemiyasından keçir

Fransada COVİD-19 yoluxmalarında artım Fransa hökumətinin sözçüsü Veran, Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada, son günlərdə COVİD-19 və qripə yoluxma hallarının artdığını və ölkənin bronxiolit epidemiyasından keçdiyini bildirib.

COVİD-19-a yoluxma hallarının keçən həftə ilə müqayisədə 40 faiz artdığını bildirən Veran, vətəndaşları sosial məsafə qaydalarına əməl etməyə və şübhələndikdə testdən keçməyə çağırıb.

Veran yaxın aylarda şirkətlərin və ev təsərrüfatlarının elektrik enerjisinə tələbatında artım olacağını, lakin istehsal olunan enerjinin bu tələbatdan az ola biləcəyini qeyd edib.

Digər tərəfdən, Fransanın Baş naziri Elizabet Borne parlamentdəki çıxışında vətəndaşları sosial məsafə qaydalarına əməl etməyə, immuniteti zəif olanların yanında və insanların bir-birinə yaxın olduğu, məsələn ictimai yerlərdə maska taxmağa çağırıb.

Son günlər COVİD-19 hadisələrinin artdığı ölkədə ilin sonuna qədər 9-cu dalğanın başlaması ilə bağlı narahatlıq var.

 





30.11.2022    çap et  çap et