Paytaxt Pekin və Şanxay küçələrində yüzlərlə maşın və polis məmuru ilə hazır vəziyyətdə olan təhlükəsizlik qüvvələri etirazların davam etməsinə imkan verməyib. Bildirilir ki, aksiyalarda iştirak edən çoxlu sayda şəxs polis tərəfindən saxlanılaraq araşdırılıb, dindirilib, telefonları yoxlanılıb.
Digər tərəfdən, Çindəki səhiyyə işçilərinin COVİD məhdudiyyətlərini müdafiə etdiyi, lakin son hadisələrdən sonra bəzi tədbirlərin azaldıla biləcəyi fikrinə gəldiyi deyilir. Əslində, Pekində mətbuata açıqlama verən ekspertlər ölkənin COVİD siyasətini müdafiə edərkən, problemlərin yerli idarəçilərin qaydaları tətbiqetmə üsulundan qaynaqlandığını irəli sürdülər. Buna baxmayaraq, ölkədə həyata keçirilən sərt tədbirlərin davam etdiyi və nəhayət, böyük şəhərlərdəki universitetlərin semestr bitməmiş tələbələri evlərinə göndərdiyi bildirilir.