Paytaxtda 195, Xuzistanda 236, Farsda 204, Mərkəzi 80, Mazandaranda 78, Qərbi Azərbaycanda 20, Kirmanşahda 36, Kürdüstanda 18, Şimali Xorasanda 9 nəfər azad edilib.
Digər tərəfdən, İran Müəllimlərin Peşəkar Dərnəkləri Koordinasiya Şurasının bəyanatına görə, Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində 10 gün həbsdə saxlanılan 16 yaşlı Ərşiyyə İmamquluzadə zaminə buraxıldıqdan iki gün sonra intihar edib..
Bildirilib ki, azərbaycanlı uşağın aksiyalar zamanı bəzi gənclər arasında yayılan “küçədə ruhanilərin türbanını aşağı salması” hərəkətinə görə həbs edilmişdi.