Qanun ABŞ hökumətinə imkan verir ki, Krımı özünə birləşdirdiyinə görə, Rusiyadan olan bir sıra məmurlara sanksiyalar tətbiq edilsin.
Sanksiyalar Ukraynada insan haqlarının kobud surətdə pozulmasında və güc tətbiq edilməsində, həmçinin suverenliyinə təhlükə yaratmaqda əli olan şəxslərin ABŞ-a səfərləri üçün vizaların verilməməsi, maliyyə aktivlərinin dondurulması istiqamətində olacaq.
Konqres eyni zamanda, Ukrayna hökumətinə 1 milyard dollar həcmində kredit və 150 milyon dollar həcmində isə yardım ayrılması barədə qərar qəbul edib.