Vaxt.Az

Almaniya Qolodomoru soyqırım kimi tanıdı


 

Ukrayna səfiri parlament müzakirələrini zaldan izləyib

Almaniya Qolodomoru soyqırım kimi tanıdı SSRİ-nin o zamankı lideri İosif Stalinin fermerləri torpaq islahatını qəbul etməyə məcbur etmək üçün atdığı addımlara görə Almaniya “Qolodomor” kimi tanınan aclığı “soyqırım” kimi tanıdı.

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokratlar (FDP) və müxalifətdəki Xristian Birlik Partiyaları (CDU/CSU) Bundestaqda müzakirə edilən təklifə “hə” səsi verərkən, Sol Partiya və ifrat sağ Alternativ Almaniya tərəfdarı isə bitərəf qalıb.

Beləliklə, Almaniya Qolodomoru “soyqırım” kimi tanıdı.

Parlamentdəki müzakirələri Ukraynanın Berlindəki səfiri Aleksey Makeyev də izləyib.


Qolodomor nədir?


Ukrayna dilində Qolodomoru “süni şəkildə aclıqdan ölümə məhkum edilmiş” deməkdir.

Sovet rejiminin 1932-1933-cü illərdə Ukrayna torpaqlarında milyonlarla insanı ölümə buraxdığı Qolodomor faciəsində təxminən 4,5 milyon insanın həyatını itirdiyi bildirilir.

Ukrayna parlamenti 2006-cı ildə bu hadisəni “soyqırım” kimi tanıyıb.

 





30.11.2022    çap et  çap et