Haavisto, Macarıstanın Finlandiya və İsveçin NATO üzvlüyünə son təsdiqini 2023-cü ilin fevral ayının əvvəlində verəcəyini, Türkiyənin isə hələ təsdiqləmə tarixini təyin etmədiyini bildirib.
İsveç xarici işlər naziri Tobias Billstrom da bu gün açıqlama verib: “Dünən İsveç, Finlandiya və Türkiyə olaraq çox yaxşı görüş keçirdik. İnanıram ki, bu görüşdən sonra irəliləyiş olacaq. Biz irəliləyiş əldə edirik”, – deyə o bildirib. Xarici işlər naziri Mövlud Çavuşoğlu: “Hər iki ölkənin NATO-ya üzvlük üçün atdığı addımlardan xəbərdarıq. Amma Türkiyəni inandırmaq üçün daha çox ehtiyac var”.
İndiyədək yalnız Macarıstan və Türkiyə Finlandiya və İsveçin üzvlük prosesini təsdiq etməyiblər ki, üzvlük prosesini başa çatdırmaq üçün bütün NATO ölkələrindən icazə tələb olunur.
Ankara hər iki ölkənin terrorla mübarizədə daha çox səy göstərməli olduğunu açıqlayıb və iki ölkənin üzvlük prosesinə digər NATO üzvü olan ölkələrdən daha gec yaşıl işıq yandırıb. Lakin iyun ayında keçirilən NATO Liderlər Zirvə toplantısında tərəflər masa arxasına oturdular və proses başladıldı.