Vaxt.Az

“Cəbhədə vəziyyət ağırdır”


 

Zelenski: “Beynəlxalq hüquqi sənədlər ədalətin olması üçün kifayət deyil”

“Cəbhədə vəziyyət ağırdır” Ukrayna prezidenti Vladimir Zelenski cəbhədə vəziyyətin ağır olduğunu deyib və Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməkdə davam etdiyini bildirib.

Zekenski gecə saatlarında “Telegram” hesabında paylaşdığı video mesajında Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladıb. Rusiya ordusunun Donetsk cəbhəsində irəliləmək üçün böyük itkilər verdiyini iddia edən Zelenski Ukrayna qüvvələrinin rus qoşunlarının burada irəliləməsinə imkan vermədiyini qeyd edib.

Zelenski bəyan edib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini “ələ keçirməyə”, Xarkov vilayətində və Ukraynanın cənubunda irəliləməyə çalışırlar. Rusiyanın Ukraynada müharibəyə başlamaqla cinayət törətdiyini deyən Zelenski, Rusiyanın yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin mühakimə olunması üçün çox çalışdıqlarını bildirib.

Zelenski “Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı artıracağıq. Ancaq təəssüf ki, mövcud beynəlxalq hüquqi sənədlər ədalətin olması üçün kifayət deyil.

Ukraynada başlayan müharibədə günahkarların mühakimə olunması üçün beynəlxalq məhkəmənin yaradılması lazım olduğunu müdafiə edən Zelenski, “Təcavüzlə bağlı məsuliyyəti öz üzərinə götürmək üçün Beynəlxalq Cinayət Məhkəməsindən əlavə xüsusi məhkəməyə ehtiyac var. “Biz belə bir məhkəmənin yaradılması üçün əlimizdən gələni edirik”.

 





01.12.2022    çap et  çap et