Vaxt.Az

“Türkiyənin terrorla mübarizə hüququ var”


 

Norveç baş nazirindən Ankaraya dəstək mesajı

“Türkiyənin terrorla mübarizə hüququ var” Almaniya kansleri Olaf Şoltsla Berlində təşkil edilən ortaq mətbuat konfransında danışan Norveçin baş naziri Conas Qahr Store, “Təhlükə olduğu zaman Türkiyənin terrorla mübarizə haqqı var”, – dedi.

Jurnalistin Türkiyənin əməliyyatları ilə bağlı sualına Store, prinsipcə Ankaranın da təhlükəsizlik problemləri ilə üzləşə biləcəyinə hörmətlə yanaşdıqlarını, lakin bütün tərəflərdən gərginliyə səbəb olacaq hərbi əməliyyatlardan çəkinmələrini istədiklərini bildirib.

Ölkəsinin İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədiyini vurğulayan Store, iki ölkənin üzvlüyü ilə Avropanın kollektiv təhlükəsizliyə sahib ola biləcəyini bildirib.

Store qeyd edib ki, o, bütün NATO üzvlərinin bu iki ölkənin üzvlüyünə razılıq verməsini gözləyir. Norveç baş naziri həmçinin dənizin altındakı enerji strukturunun qorunması ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib: “Bu, enerji obyektlərinin təhlükəsizliyinə aiddir. Mən burada suyun yuxarısı ilə aşağısı arasında kəskin ayırıcı xətt çəkmək istəmirəm. Söhbət qaz kəmərləri, telekommunikasiya infrastrukturu, fiber optik infrastruktur və s. Bu infrastrukturu təmin etmək üçün koordinasiyalı birgə səylərə ehtiyacımız var”.

Almaniya kansleri Şolts dəniz altındakı enerji infrastrukturunun NATO çətiri altında Norveçlə birgə mühafizəsini istədiklərini, sualtı infrastrukturun qorunması üçün NATO daxilində “koordinasiya bürosu”nun yaradılmasını tələb etdiklərini bildirib.

“Boru kəmərləri, telefon kabelləri və internet əlaqələri dövlətlərimiz üçün həyati əhəmiyyət kəsb edir və çox xüsusi şəkildə təmin edilməlidir. Ən azı “Şimal axını 1” və 2-ci boru kəmərlərinə edilən hücumlar nə qədər böyük risk olduğunu göstərdi”, – dedi.


 





01.12.2022    çap et  çap et