Vaxt.Az

“Patriot” müzakirələri


 

NATO Ukraynaya HHM sistemlərini danışarkən Rusiyadan təhdid özünü yetirdi

“Patriot” müzakirələri Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, NATO-nun Ukraynaya hərbi yardımı davam edir. Ancaq bu hərbi yardımlar Rusiyada böyük narahatlıq yaradır.

Yeri gəlmişkən, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Kiyevə mümkün “Patriot” raketdən müdafiə sistemləri ilə bağlı şayiələr barədə “Onlar silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcəklər” demişdi. Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Medvedev, “NATO ukraynalı fanatiklərə “Patriot” sistemləri versə, NATO personalı ilə birlikdə onlar silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək” deyib. Medvedyevin bu sözlərlə Patriot sistemlərini, Ukrayna qüvvələrini, yoxsa NATO personalını nəzərdə tutduğu aydın deyildi.

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin edilməsini nəzərdən keçirdiklərini bildirib. Ukrayna xüsusilə Rusiya elektrik stansiyalarını və infrastrukturu hədəfə aldıqdan sonra Qərb ölkələrindən raketdən müdafiə sistemləri tələb etmişdi.

Digər tərəfdən Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda mətbuat konfransı təşkil edən Stoltenberq, Ukraynanın suveren dövlət olaraq qalmasının əhəmiyyətinə diqqət çəkib. Stoltenberq bildirib ki, Ukraynanın gələcəkdə NATO-ya üzv olması üçün ilk növbədə suveren və müstəqil dövlət olaraq qalmalıdır və NATO müttəfiqləri bunu təmin etməyə çalışır. Köhnə sovet avadanlığının NATO standartlarına uyğun silahlarla əvəz edildiyini bildirən Stoltenberq “Bu, həm Ukrayna, həm də bizim üçün yaxşıdır. Bu, Ukraynanı üzvlüyə yaxınlaşdıracaq”.

 





01.12.2022    çap et  çap et