Çin rəhbərliyinin qorxusundan 6 aydır ailəsi ilə birlikdə Tokioda yaşayan Manın Yaponiyadakı spa və xizək mərkəzlərində vaxt keçirdiyi, ABŞ və İsrailə səyahət etdiyi bildirilir. Çində etdiyi tənqidlərdən sonra maneələrlə üzləşən biznesmenin sərvəti “Alibaba”nın hədəflənməsi nəticəsində 50 milyarddan 21,7 milyard dollara düşüb. Bundan əlavə, “Alibaba”nın rəqəmsal ödənişlər alt brendi “Ant Group”un 34 milyard dollarlıq “tarixdəki ən böyük təklif” Çin hökuməti tərəfindən dayandırılıb. Çin prezidenti Si Tsinpinqin Manın hökuməti tənqid etməsi səbəbindən “Ant Group”un birjaya keçməsinə mane olduğu da bildirilir. Ötən həftə Çin Xalq Bankının “Ant Group”u 1 milyard dollar cərimələməyə hazırlaşdığı məlum olub.