Kiyevin sorğusuna cavab verən komissiya sədri Aİ-nin “Rusiyanın Ukraynadakı cinayətlərini mühakimə edəcək xüsusi məhkəmə yaratmağa çalışacağını” açıqlayıb. AB-nin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) dəstəyini davam etdirdiyini vurğulayan xanım sədr, “Biz bu ixtisaslaşdırılmış məhkəməyə mümkün olan ən geniş dəstəyi almaq üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq. BCM-lə işləyəcəyik və Rusiyanın cinayətlərinin araşdırılmasına kömək edəcəyik”, – deyib.
Alman siyasətçi qeyd edib ki, fevralda Ukraynaya müdaxiləyə cavab olaraq dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi məsələsini də araşdırırlar.
Von der Leyen, Brüsseldə mətbuata açıqlamasında deyib: “Biz Rusiya Mərkəzi Bankının 300 milyard avroluq ehtiyatlarını və rus oliqarxlarının 19 milyard avroluq aktivlərini dondurduq. Qısa müddətdə Brüssel və onun tərəfdaşları bu vəsaitləri idarə edə və onlara sərmayə yatıra bilərlər. Bundan əldə edilən gəlirlər Ukraynaya müharibə başlayandan bəri dəymiş ziyanların aradan qaldırılmasına öz əksini tapacaq. Bunu mümkün etmək üçün tərəfdaşlarımızla beynəlxalq müqavilə üzərində işləyəcəyik və birlikdə buna nail olmağın hüquqi yollarını tapa bilərik”.