Vaxt.Az

Libermandan “Netflix”ə təpki


 

“İsrail əsgərlərinə qarşı təxribat xarakterli və yalanlarla dolu ...”

Libermandan “Netflix”ə təpki İsrailin qurulması zamanı bir fələstinli ailənin qətlindən bəhs edən “Farha” (Xoşbəxtlik) filmi “Netflix”də yayımlanıb. Film İsrail hakimiyyəti tərəfindən “yalançı hekayə yaratmaq cəhdi” kimi pislənilib.

İsrail əsgərlərinin öz reputasiyalarının ləkələnməsinə icazə verməyəcəklərini ifadə edən maliyyə naziri Aviqdor Liberman “Filmin İsrail əsgərlərinə qarşı təxribat xarakterli və yalanlarla dolu olduğunu” bildirib.

“Twitter” hesabından açıqlama verən Aviqdor Liberman ““Netflix”in İsrail əsgərlərinə qarşı nifrəti qızışdırmaq və yalan bəhanələr gətirmək məqsədi daşıyan filmin yayımlanması dəlilikdir”, – deyib.

Liberman filmin Yaffadakı Saraya Teatrında nümayiş etdirilməsinə dair qərarı da şərh edib.

Aviqdor Liberman qeyd edib ki, o, Maliyyə Nazirliyinin rəsmilərinə Saraya Teatrına ayrılan büdcənin geri götürülməsi üçün lazımi tədbirlərin görülməsi barədə göstəriş verib. İsrailin “Kanal 12” Televiziyasının məlumatına görə, İsrailin mədəniyyət naziri Hili Tropper sözügedən teatrda filmin nümayişini “utanc ləkəsi” kimi qiymətləndirib.

İordaniyalı rejissor Darin Sallamın rejissorluğu ilə çəkilmiş “Farha” (Xoşbəxtlik) filmi 1948-ci ildə kəndinə yaşayan 14 yaşlı fələstinli qızın hekayəsindən bəhs edir.

 





01.12.2022    çap et  çap et