Bu nümayişlər zamanı avtomobilinin siqnalını çalan 27 yaşlı Mehran Samak İranın şimalındakı Bəndər Enzeli şəhərində polis tərəfindən güllələnib.
İranın Norveçdəki İnsan Haqları Təşkilatının məlumatına görə, Samak təhlükəsizlik qüvvələri tərəfindən birbaşa baş nahiyəsindən hədəfə alınıb. Eyni bəyanatı Nyu-Yorkda yerləşən təşkilat da yayıb.
Təşkilat rəsmi “Twitter” hesabında Samakın dəfnindən çəkilmiş videonu yayımlayıb. 27 yaşlı gəncin qohumları “Diktatora ölüm” şüarları səsləndiriblər.
Digər yazı isə hazırda İran millisinin 26 yaşlı yarımmüdafiəçisi Səid Ezatolahidən gəlib.
Samakla eyni yerdə doğulan milli futbolçu uşaqlıqda eyni komandada oynadıqlarını bildirərək, həmin dövrə aid fotosunu paylaşıb.
Ezatolahi qeyd edib ki, “Bir gün maskalar düşəcək və həqiqət üzə çıxacaq. Gənclərimiz və millətimiz buna layiq deyil”.