Uzun müddətdir kafe və restoranlara getmirəm. Amma əminəm ki, bu gün getsəm, ən azı 2-3 qələm adamı görəcəm. Həm də imkanlı sayılmayanını. Məlum, qələm əhlinin müntəzəm davam edən bir işi də yığışıb yeyib -içməkdi.
Paradoks
Meyxanaçılar və dinləyiciləri həbsə düşmüş cavan bir meyxana ustasından ötrü dərhal təşkilatlandılar, məhkəmənin qarşısına getdilər, maykalarına, çantalara şəklini vurdular, sözlərini yazdılar, ağıla gələn və gəlməyən vasitələrlə dəstək oldular, hələ məhbəsdə də adamı korluq çəkməyə qoymayacaqlar.
O meyxanaçıları bəyənməyən qələm əhli, oxucular isə (hamıya aid deyil əlbəttə) qazpulunu ödəməyə imkanı olmayan qoca bir yazıçının şəklini FB-yə vurur, bank hesabı paylaşır, haqqında yaxşı sözlər deyir, sonra da gedirlər (evinin qabağına yox əlbəttə), dediyim kimi, imkan daxilində özlərinə korluq verməməyə...
Epiloq
Məncə 100 kitab yazan, filosof, dəyər hesab edilən qocaman bir yazıçı üçün belə ajiotaja dözmək soyuqda qalmaqdan daha çətin olmalıdı.