Vaxt.Az

... Hamını aldadıb


 

“Həkim”də fərasətə bax ...

... Hamını aldadıb Türkiyəni şoka salan saxta həkim qalmaqalı beynəlxalq ictimaiyyətin də gündəmində idi. Tekirdağda “saxta həkim” olduğu iddiası ilə həbs edilən Ayşe Özkirazın həm ailəsini və xəstəxana rəhbərliyini aldatması İngiltərə mətbuatının gündəminə gəlib.

Dünya mediası, xüsusən ən çox oxunan tabloid qəzetləri Özkirazın həbsini və verdiyi açıqlamaları oxucularına çatdırarkən "Saxta həkim tutulmazdan əvvəl 1 il xəstəxanada işləyib” başlığı ilə xəbər dərc edib.

İngiltərənin “Daily Star” qəzetindəki məqalədə “Saxta tibb diplomu və imtahan sənədləri ilə hər kəsi aldadaraq işə düzələn qadının anası günahın başqasında olduğunu deyir” sözlərini yazıb. “Saxta həkim”in kifayət qədər tibbi məlumatı olmaması və keçmişi ilə bağlı ziddiyyətli cavablar xəstəxana işçilərini şübhələndirib. İfşa olunan “tibb işçisi”nin anasının qızının “saxta həkim” olduğuna inana bilmədiyini bildirib.

 





01.12.2022    çap et  çap et