Vaxt.Az

Moskva Ankaraya qarşı ...


 

Rusiya terror təşkilatlarına dəstək göndərdi

Moskva Ankaraya qarşı ... Türkiyə ilə Suriya arasında gərginlik günü-gündən artarkən, gərginliyi artıracaq bir addımın Rusiyadan gəldi.

Fransanın AFP xəbər agentliyinə danışan mənbələr Rusiyanın Türkiyə-Suriya sərhədinə çox yaxın nöqtələrə hərbi dəstək göndərdiyini iddia edib. AFP bu iddianı bölgədə yaşayan insanlara və bəzi təşkilatlara əsaslanaraq yazıb.

Xaos və zorakılığın bitmədiyi Suriyada İranla yanaşı Ankara ilə qarşı-qarşıya gələn Rusiyanın Hələbin şimalına hərbi dəstək göndərdiyi bildirilib. Təl-Rifatda yaşayan insanlar agentliyə bildiriblər ki, ərazidə rus əsgərləri var.

Türkiyə sərhədindən 15 kilometr aralıda yerləşən Tel-Rifat sakinləri “Rusiya qüvvələri yaxınlıqdakı kənddə barrikadalar quraraq Türkiyə qüvvələri və Ankaraya dəstək verən suriyalılarla məsafə saxlayıb”, – deyib.

Tel-Rifatda bölgənin şimal hissəsinə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu, cənub hissələrinə isə Rusiyanın dəstəklədiyi Bəşir Əsəd qüvvələri nəzarət edir.

Qərargahı Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Dəməşq administrasiyasının nəzarəti altında olan Tel-Rifat yaxınlığındakı aviabazada da rus əsgərlərinin sayını artırdığını bildirib. Rəsədxananı idarə edən Rami Abdel Rəhman AFP-yə danışıb. “Rusiyanın bölgəyə dəstək göndərməsi Türkiyənin əməliyyatını dayandırmaq və ya yavaşlatmaq üçün atılan addım ola bilər”, – deyə Rəhman bildirib.

 





01.12.2022    çap et  çap et