Vaxt.Az

GPON statistikası


 

Son iki ildə inhisarçılıq aradan qaldırılıb

GPON statistikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2024-cü ilədək bütün ölkə ərazisində, hətta ən ucqar ərazilərdə də keyfiyyətli internetə əlçatanlığı tam təmin edəcəyini bildirib.

İndiyədək ölkədə 700 minə yaxın ev təsərrüfatı GPON texnologiya ilə fiber-optik internetlə təmin olunub.

Nazirlik GPON infrastrukturun qurulmasına 2017-ci ildə start verib.

Son iki ildir ki, RİNN “Onlayn Azərbaycan” layihəsi çərçivəsində fiber-optik şəbəkənin qurulması istiqamətində işləri xeyli sürətləndirib.

Nazirlik yaxın iki ilə bütün ölkə üzrə minimum 25Mbit/s sürət təqdim etməyi hədəfləyib.

RİNN tabeliyində olan AzTelekom və Baktelecom tərəfindən son 5 il ərzində illər üzrə GPON çəkilişi statistikası aşağıdakı kimi olub :

2017-ci il 23000

2018-ci il 51000

2019-ci il 97000

2020-ci il 56000

2021-ci il 143000

2022-ci il 341000

Cəmi:      711 000

Göründüyü kimi, 2021-22-də əvvəlki 4-5 ildəkindən dəfələrlə çox keyfiyyətli internet bağlantısı təmin edilib.

Xatırladıram ki, son iki ildə dövlətə məxsus rabitə resursları üzərində inhisarçılıq da demək olar ki, aradan qaldırılıb. 

Hazırda digər özəl provayderlər tərəfindən də müxtəlif texnologiyalar (GPON, LTE, fiber-optik, kabel texnologiyası, 3G, 4G və s.) əsasında genişzolaqlı internet infrastrukturu qurulur.

 





01.12.2022    çap et  çap et