Vaxt.Az

“Təklifimiz masadadır”


 

Cozef Borel: “Sanksiya verməklə onu həyata keçirmək arasında fərq var”

“Təklifimiz masadadır” Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Rusiyanın Avropada müharibəyə başladığını ifadə edərək, “Ukraynanın yenidən qurulması böyük vəsait tələb edəcək. Rusiya bu qiyməti ödəməlidir”, – deyə o bildirib.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclası çərçivəsində jurnalistlərin suallarını cavablandıran Borel Rusiyanın müharibədə qalib gələ bilmədiyini, lakin sistemli şəkildə Ukraynaya hücum etdiyini bildirib. Avropanın yeni təhlükəsizlik nizamına ehtiyacı olduğunu vurğulayan Borel, “Çünki Rusiya təhlükəsizliyimizə hücum etdi. Bu Ukraynaya dəstək görüşüdür. Burada müxtəlif dəstəklər təklif olunacaq. Rusiyanın etdiklərinin müharibə cinayəti olduğunu göstərmək üçün Ukraynanın səylərini dəstəkləyəcəyik”, – deyib.

Rusiyanın Avropada müharibəyə başladığını bildirən Borel, “Ukraynanın yenidən qurulması böyük vəsait tələb edəcək. Rusiya bu qiyməti ödəməlidir. “Rəqəmlər nə olursa olsun, biz bunun çox yüksək olacağını bilirik”, – deyib.

Rusiya Mərkəzi Bankının ehtiyatlarının 300 milyard avrosunun bloklandığını xatırladan Cosef Borel belə davam etdi: “Biz həmçinin rus oliqarxlarından təxminən 20 milyard avronu dondurduq. Bu, Ukraynanın yenidən qurulması üçün istifadə edilməlidir. Bu gün çoxlu müsahibələr verəcəyəm. Biz Rusiyanın öz hərəkətlərinin əvəzini ödəməsi üçün bütün hüquqi imkanları yoxlayacağıq. Hesabları bloklamaqla müsadirə etmək arasında fərq var. Təklifimiz masadadır”.

Borel Rusiyaya qarşı yeni sanksiyaların olub-olmayacağı sualına “Sanksiyalar həmişə tətbiq edilir. Qərar verməklə onu həyata keçirmək arasında fərq var. Onları həyata keçirmək asan deyil. Yeni sanksiyalar olacaq, amma hansı sanksiyalar olacağını söyləmək mümkün deyil”, – deyə o, cavab verib.

 





01.12.2022    çap et  çap et