2020-21-ci illər arasında hesablarda cəmi 5,84 milyard funt sterlinq əks olunarkən, bu vəziyyətin gəlirlərinin çoxunu yeməyə xərcləyən yoxsul ailələrə təsir etdiyi vurğulanıb. 2021-ci ilin sonuna qədər olan iki il ərzində təkcə “Brexit” ərzaq qiymətlərini ümumilikdə təxminən 6 faiz artırdı.
***
Tədqiqatçılar, “Brexit”in Avropa idxalından daha az təsirlənən yerli qida istehsalçılarına fayda verdiyini ifadə edərək, yerli firmaların 4,78 milyard funt sterlinq qazandığını ortaya qoydular.
Britaniya Pərakəndə Satıcılar Assosiasiyası bildirib ki, “Ərzaq inflyasiyası oktyabrda 11,6 faizdən noyabrda 12,4 faizə yüksəldi. “Bu, ərzaq kateqoriyasında qeydə alınan ən yüksək inflyasiyadır”.
Britaniya Pərakəndə Konsorsiumunun Baş İcraçı Direktoru Helen Dickinson, artan qlobal enerji xərclərinin bunun xüsusilə ət, yumurta, süd məhsulları və qəhvə qiymətlərində özünü göstərdiyini bildirdi.