Vaxt.Az

Patriot əvəzinə NASAMS


 

Pentaqon 1.2 milyardlıq tender elan etdi

Patriot əvəzinə NASAMS ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna üçün Norveçin Qabaqcıl Yer-Hava tipli Raket Sisteminin (Norwegian Advanced Surface to Air Missile System – NASAMS) istehsalı üçün “Raytheon” müdafiə şirkətinə 1,2 milyard dollarlıq tender verdiyini açıqlayıb.

Pentaqondan verilən yazılı açıqlamada, "Raytheon şirkəti Ukraynadakı səyləri dəstəkləmək üçün NASAMS ilə əlaqəli avadanlıq, xidmətlər və ehtiyat hissələrinin tədarükü üçün 1,216 milyon 207,829 dollarlıq sabit qiymətli müqavilə qazandı. Təkliflər internet üzərindən sorğulanıb və qəbul olunub.

Açıqlamada istehsalın 28 noyabr 2025-ci ildə başa çatdırılacağı, müqavilə məbləğinin isə 2023-cü maliyyə ilinin müdafiə büdcəsində Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü üçün ayrılan fonddan təmin ediləcəyi bildirilib.

Ukrayna uzun müddətdir ki, ABŞ-dan hava hücumundan müdafiə sistemləri tələb edir. Pentaqon keçən ay Ukraynaya iki NASAMS göndərdi.

Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemi tələbinə baxmayaraq, Pentaqon indiki mərhələdə “Patriot” göndərmək fikrində olmadığını bildirib.

 





01.12.2022    çap et  çap et