Vaxt.Az

Hansı halda rüsum və ƏDV-dən azad edilir?


 

7 illik vergi güzəştləri mövcuddur, amma ...

Hansı halda rüsum və ƏDV-dən azad edilir? Az öncə bir xəbər əvvəl yazılıb sonra silindi. Məhz bu xəbərə toxunmaq istərdim.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bugünkü çıxışında səsləndirilən fikirləri bir çox jurnalistlər yanlış formada başa düşülərək, yayılıb. Yəni yazılıb ki, cənab nazir deyib ki, kiçik və orta biznes (KOB) təsərrüfat subyektlərin 7 il müddətində vergidən azad olunacaq. Amma fikir əslində belə olmayıb. Cənab nazir təxminən belə bir fikir səsləndirib ki, biz KOB-lara müəyyən sərbəstlik vermişik, bir sıra xüsusi tədbirlər görmüşük. 7 illik gəlir vergisindən azad olunma o deməkdir ki,  vaxtilə kiçik və orta sahibkarlıqda  çalışanların sayı 500 min idisə, hazırda bu rəqəm 850 min nəfərə çatıb.

Cənab nazirin bu fikirlərini KOB-ların 7 il müddətinə vergidən azad olunacagı xəbəri kimi yayıblar.  Daha sonra bir çox saytlarda bu xəbərləri siliblər.  Bu xəbərə də bir çox tanınmış insanla belə müxtəlif reaksiyalar veriblər.

Bəs cənab nazir 7 il dedikdə nəyi nəzərdə tuturdu?

Deməli vergi güzəştləri ilə bağlı müxtəlif illəri əhatə edən güzəştlər mövcuddur. 3 il, 7 il, 10 il  və s. Məsələn, Startap şəhadətnaməsi alan sahibkarlar 3 il müddətinə vergidən azad edilirlər. 7 il müddətinə vergidən azadolma isə İqtisadiyyat Nazirliyi tərəfindən verilən  “İnvestisiya təşviqi sənədi”nin verildiyi halda mümkündür.

İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə sahibkarlarin müraciəti əsasında müvafiq sənədlərin təqdim edilməsindən sonra onlara “İnvestisiya təşviqi sənədi” verilir və bu sənəd  sahibkarlar üçün  7 il müddətində  mənfəət və ya gəlir vergisinin 50 faiz, torpaq və əmlak vergisindən tamamilə, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad edir.  

Son məlumata görə 2022-ci ilin 1 oktyabr tarixinədək 456 sahibkarlıq subyektinə 547 investisiya təşviqi sənədi verilib.

Böyük ehtimal ki, cənab nazir güzəştlərdə haqqında danışarkən 7 illik azadolma dedikdə məhz bu güzəştlərə toxunub. Amma bu güzəşt haqqında jurnalistlərin məlumatsızlığı nazirin fikrinin konteksdən çıxararaq yazılmasına səbəb olub.

Başqa sözlə, hazırda yuxarıda sadaladığım 7 illik vergi güzəştləri mövcuddur.

 





01.12.2022    çap et  çap et