Vaxt.Az

Bayden Putinə səsləndi


 

“Müharibəni sona çatdırmaq üçün qərar vermə istəsə, ...”

Bayden Putinə səsləndi ABŞ prezidenti Bayden prezidentliyi dövründə ABŞ-a ilk “dövlət səfərini” edən Emmanuel Makronla görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Hər iki lider çıxışlarında görüşün əsas gündəm bəndlərindən birinin Rusiya-Ukrayna müharibəsi olduğunu və Ukraynaya yardımları davam etdirəcəklərini bildiriblər.

Müharibəyə son qoymağın yeganə rasional yolunun Putinin qoşunlarını Ukraynadan çəkməsi olduğunu ifadə edən Bayden, “Putin bu yolu seçməməklə ağır bədəl ödəyir. Bu, həm də Ukraynada böyük dağıntılara səbəb olur”, – deyib.

Putinlə təmasda olmaq fikrində olmadığını deyən Bayden, “Putin müharibəni sona çatdırmaq üçün qərar vermək istəsə, onunla danışmağa hazıram. Halbuki o, hələ belə bir yolda deyil. Əgər bu baş verərsə, mən fransız və NATO dostlarımla əlaqə saxlayacağam və Putinlə oturub onun nə düşündüyünü görəcəyəm”, – deyib.

Digər tərəfdən Fransa prezidenti Emmanuel Makron Ukrayna müharibəsi ilə bağlı qərarın Ukraynaya aid olduğunu vurğulayaraq, “Ukraynadan heç vaxt onlar üçün qəbuledilməz olan güzəştlərə getməsini istəməyəcəyik”, – deyib.

Belə bir sülhün heç vaxt davamlı olmayacağını bildirən Makron, “Ukraynalıların öz ərazilərində danışıqların şərtlərini müəyyən etmək üçün verdikləri qərarlara hörmətlə yanaşacağıq”, – deyib.

 





02.12.2022    çap et  çap et