Lavrov açıq şəkildə deyir ki, Xankəndi artıq Azərbaycandır. Hətta status da gündəmdən çıxıb. Və buna görə bütün məsuliyyəti də Qərb və Ermənistanın üstünə yıxıb. Azərbaycan hakimiyyəti Rusiyaya yönəlik “kökə və qamçı” siyasətini sürətləndirsə, tezliklə Xankəndi üzərində Azərbaycan bayrağı dalğalana bilər. Azərbaycan Rusiyanı bir yandan ABŞ və Türkiyə ilə təhdid etsə, digər yandan vədlər versə, Rusiyaya onun regiondakı maraqlarını alternativ üsullarla təmin etməyi təklif etsə prosesi sürətləndirə bilər.