Vaxt.Az

Qara dəlik ulduzu “uddu”


 

8.5 milyard işıq ili məsafədə indiyə qədər görülmüş ən parlaq kosmik hadisə

Qara dəlik ulduzu “uddu” ABŞ-dakı Kaliforniya Texnologiya İnstitutunun Palomar Rəsədxanası (“Zwicky Transient Facility”) fevral ayında Yerdən 8,5 milyard işıq ili uzaqlıqda nadir kosmik hadisə aşkar etdiyini açıqlamışdı.

“Nature Astronomy”də yeni dərc edilən tapıntılara görə, MIT və Birmingem Universitetinin tədqiqatçılarının da daxil olduğu komanda, kainatın yarısından görünən “AT 2022cmc” partlayışın birdən-birə görünməyə başlayan qaranlıq bir planet olduğunu müəyyən edib. Məlum olub ki, qara dəlik yaxınlıqdakı bir ulduzu udarkən böyük miqdarda enerji ayrılıb. Astronomlar, indiyə qədər ötüb keçən ulduzun qara dəlik tərəfindən parçalanması kimi “pozulma hadisəsi”ni (PH) çox müşahidə etdiklərini deyib. Lakin “AT 2022cmc” bu günə qədər kəşf edilmiş PH-ın ən parlağı olub. Təxminən 8,5 milyard işıq ili məsafədə olan kosmik hadisənin indiyə qədər aşkar edilmiş ən uzaq PH olduğu da bildirilir. Alimlər bildiriblər ki, bu hadisə superkütləvi qara dəliklərin qidalanması və böyüməsi ilə bağlı araşdırmalara yardım edə bilər.

 





02.12.2022    çap et  çap et