BBC-nin xəbərinə görə, Zelenskinin müşaviri ölən rus əsgərlərinin sayının 100 minə, yaralı-itkin düşən və ya cəbhəyə qayıda bilməyən rus əsgərlərinin sayının isə 150 minə çata biləcəyini iddia edib.
İyun ayında verdiyi açıqlamada Podalyak müharibədə hər gün 100-200 Ukrayna əsgərinin həlak olduğunu bildirib.
Bundan əvvəl ABŞ Baş Qərargah rəisi general Mark Milley müharibədə Rusiya və Ukraynadan hər birinin təxminən 100 min əsgərinin öldüyünü və ya yaralandığını bildirmişdi.
Avropa Komissiyasının sədri Ursula Von der Leyen də müharibədə 100 min Ukrayna əsgərinin öldüyünü açıqlasa da, bu bəyanat sonradan onun sözçüsü tərəfindən düzəldilib, “Komissiya sədri ölən və yaralananların ümumi sayını nəzərdə tuturdu”.