BBC-yə danışan Fulani deyib ki, Hassi xanım nişanını görmək üçün saçlarını darayıb və sonra onun haradan olduğunu öyrənmək üçün dəfələrlə suallar verib. Fulani Hüseynin “İngilis” olduğunu deməsinə baxmayaraq, 7 dəfə israrla “əslin haradandır” deməsini “hörmətsizlik və təqib” kimi qiymətləndirib.
Bukingem Sarayı deyib: “Biz bu hadisəni çox ciddi qəbul edirik və bütün təfərrüatları müəyyən etmək üçün dərhal araşdırmaya başladıq. Bu hadisə qəbuledilməzdir. Biz bu məsələ ilə bağlı Nqozi Fulani ilə əlaqə saxladıq və istəsə, onu öz təcrübəsinin bütün aspektlərini şəxsən müzakirə etməyə dəvət etdik”. Açıqlamada həmçinin bildirilir ki, 1960-cı ildən kral ailəsinə xidmət göstərən xanımı Hassi üzr istəyərək saraydakı fəxri vəzifəsindən istefa verib. Lakin bu açıqlamaya baxmayaraq Fulani heç kimin onunla əlaqə saxlamadığını bildirib. Digər tərəfdən, Mançester Universitetinin rektoru və Tac Prokurorluğunun keçmiş baş prokuroru Nazir Əfzal da eyni qəbulda olarkən Hassi xanımın ondan haradan olduğunu soruşduğunu deyib.